Tramp İranı hədələyib: “Xəritədən silərik”
    • Bu gün, 13:45
    • 112

Tramp İranı hədələyib: “Xəritədən silərik”

ABŞ-ın keçmiş prezidenti Donald Tramp bir daha bəyan edib ki, “Amerika İranın xəritədən silinməsini istəyir”.

News24.az xəbər verir ki, “Truth Social” sosial media platformasındakı paylaşımında Tramp, Əgər, Prezident Trampı öldürsələr, ümid edirəm ki, Amerika İranı məhv edəcək və onu yer üzündən siləcək. Bu baş verməsə, Amerika liderləri “qorxaq” kimi görünəcəklər” dedi.

Keçmiş prezident öz postuna İsrailin baş naziri Benyamin Netanyahunun çərşənbə günü ABŞ Konqresindəki çıxışının videosunu da əlavə edib.

Netanyahu çıxışında Yaxın Şərqdəki bütün xaosların arxasında İranın olduğunu iddia edərək, ABŞ-da Fələstinə dəstək aksiyalarını Tehranın maliyyələşdirdiyini iddia edib.

Günel Məlikzadə