-
- 26-07-2024, 14:07
- 708
"Geely və BYD" Aİ ilə vergi müharibəsinə girdi
Çinin iki ən böyük avtomobil nəhəngi Geely və BYD Avropa Birliyi (AB) ilə maraqlı vergi müharibəsinə girib. Bu avtomobil nəhəngləri AB-nin müvəqqəti antidempinq rüsumlarına qarşı çıxmaq üçün əlavə danışıqlar aparacaqlar.
News24.az xəbər verir ki, Aİ Çin avtomobil istehsalçılarına qarşı antidempinq araşdırmasına başlayıb. Bu araşdırmanın bir hissəsi olaraq Geely, BYD və SAIC Motor kimi şirkətlərə müvəqqəti vergilər tətbiq etmək qərarına gəlib. Beləliklə, Geely üçün 19,9% vergi, BYD üçün 17,4% vergi və SAIC Motor üçün tam 37,6% vergi gəlib. Başqa sözlə, Aİ bu nəhənglərin Avropa bazarına asanlıqla hakim olmasını istəmir.
Geely və BYD bu yüksək vergi artımına qarşı çıxmaq üçün Aİ ilə əlavə danışıqlar aparmaq icazəsi aldılar. Geely Aİ ilə bu danışıqlarda iştirak edəcək. BYD-nin də eyni yolu izləyəcəyi gözlənilir. Bu danışıqların məqsədi Aİ-nin tətbiq etməyi planlaşdırdığı vergilərə qarşı özlərini müdafiə etmək və bu vergilərin azaldılmasını təmin etməkdir. Deməli, masada ciddi sövdələşmə olacaq.
Günel Məlikzadə