Ukrayna bu ərazini azad ETDİ
    • 15-09-2023, 16:51
    • 149

Ukrayna bu ərazini azad ETDİ

Ukrayna Baş Qərargahı Donetsk vilayətinin Andriyevka kəndinin azad edildiyi barədə məlumat yayıb.

News24.az xəbər verir ki,Rəyasət Heyətindən verilən açıqlamada Ukrayna ordusunun Andriyevka kəndi üzərində üstünlük təşkil etdiyi barədə məlumat verilib.

Açıqlamada, "Müdafiə qüvvələri hücum hərəkətləri zamanı Donetsk vilayətində Andriyevkanı azad edib. Düşmən canlı qüvvə və texnika baxımından xeyli itki verib, qüvvələrimiz ələ keçirilən sərhədlərdə məskunlaşır"-deyilib.

Ukrayna Müdafiə Nazirinin müavini Anna Malyar dünən sosial media hesabında Rusiya ordusu ilə qarşıdurma zamanı Ukrayna əsgərlərinin Donetsk bölgəsində Bəhmuta doğru irəlilədiyini bildirərək, Andriyevka kəndinin nəzarətə götürüldüyü barədə açıqlama verib.

Aydan