Rusiya Donetsk və Luqanska hücumlar təşkil etdi
    • 2-04-2023, 09:56
    • 262

Rusiya Donetsk və Luqanska hücumlar təşkil etdi

Rusiya ordusu 1 apreldə Donetsk və Luqansk vilayətlərinin bəzi şəhər və yaşayış məntəqələrinə hücumlar təşkil edib.

Bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Verilən açıqlamada bildirilib ki, Rusiya 1 apreldə Ukraynaya 2 raket və 25 hava hücumu təşkil edib.

Qeyd olunub ki, dinc sakinlər arasında yaralılar da var. /Qafqazinfo/