-
- 15-09-2023, 20:13
- 235
Bu ölkələr qeyri-qanuni miqrasiyaya qarşı birgə mübarizə aparacaq
Fransa və İtaliyanın daxili işlər nazirlikləri qeyri-qanuni miqrasiyaya qarşı mübarizədə koordinasiyanı gücləndirəcək.
News24.az TASS-a istinadla xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Jerald Darmanen “X” sosial şəbəkəsində yazıb.
“Mən italiyalı həmkarım Matteo Pyantedozi ilə ətraflı danışıqlar apardım. Biz qeyri-qanuni miqrasiyaya qarşı tədbirləri gücləndirmək üçün yaxın gələcəkdə Avropa İttifaqının rəsmiləri ilə birgə əlaqə saxlamağa razılaşdıq”, - o vurğulayıb.