Məşhur aktyor Maksim Qalkin haqda: "O, səfehdir"
    • 14-03-2019, 19:31
    • 859

Məşhur aktyor Maksim Qalkin haqda: "O, səfehdir"

Rusiyanın tanınmış aktyoru Stanislav Sadalskiy aparıcı Maksim Qalkin və müğənni Filip Kirkorovun ətrafında yaranmış "terror aktı" qalmaqalına münasibət bildirib. 

News24.Az
Rusiya mətbuatına istinadən bildirir ki, Sdalskiy sözügedən söz-söhbəti Kirkorov şəxsən bilərəkdən gündəmdə qalmaq üçün yaratdığını deyib. Bu vəziyyətə ironiya ilə yanaşan aktyor məlumat yayılanda ilk ağlına gələn Qalkinin adının hallandırılacağı olduğunu vurğulayıb:
"Kirkorov ağıllı adamdı. O, bilərəkdən belə bir şayiə buraxıb ki, gündəmdə qalsın. Bunun üçün ən yaxşı "qurban" da Qalkini seçib. Çünki Qalkin səfehdir".

Sadalskiy eyni zamanda gündəmdə qalması üçün Kirkorova özü haqda daha da inandırıcı şayiələr yaymağı tövsiyə edib.