Şiddətli töhmət alan məktəb direktoru işdən ÇIXARILDI
    • 16-09-2023, 12:44
    • 2 699

Şiddətli töhmət alan məktəb direktoru işdən ÇIXARILDI

Bakı şəhər 49 nömrəli “İntellekt” məktəb-liseyin direktoru Təhminə Əsədova işdən azad edilib.

News24.az xəbər verir ki, bu barədə Redaktor.az-a məktəbdə təhsil alan şagirdlərin valideynləri məlumat verib.

Məlumatı dəqiqləşdirmək üçün məktəblə əlaqə saxladıq.

"Hazırda tam təhvil-təslim olmadığından dəqiq bir söz deyə bilmirik. Təhsil idarəsi ilə əlaqə saxlasaz daha uyğun olar",- deyə zəngimizə cavab olaraq bildirildi.

Bakı Şəhər Təhsil İdarəsinin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdir Bəşarət Məmmədov isə bildirdi ki, həftəsonu olduğundan məsələ ilə bağlı sualımızı cavablandıra bilməyəcək.

Qeyd edək ki, ilin əvvəlində valideynlərdən vəsait tələb olunmasına dair yayılan səs yazılarına görə Təhimə Əsədovaya şiddətli töhmət verilmişdi. Məktəb-liseyin təlim-tərbiyə işləri üzrə direktor müavini isə işdən çıxarılmışdı.