Çin "Yaogan-39" peykini ORBİTƏ BURAXDI
    • 17-09-2023, 20:42
    • 173

Çin "Yaogan-39" peykini ORBİTƏ BURAXDI

Çin kosmosa uzaqdan zondlama imkanlarına malik “Yaogan” sinifli Yerin müşahidə peykini göndərib.

News24.az "Sinxua" agentliyinə istinadən xəbər verir ki,  “Yaogan-39” peyki Long March 2D raketi ilə orbitə buraxılıb.

Peyk Mərkəzdən işə salınıb.

Çin sonuncu dəfə sentyabrın 10-da bu sinifdən olan "Yaogan-40" peykini kosmosa göndərib.

Bəzi Qərb mənbələri iddia edir ki, Yaogan sinifli peyklər hərbi kəşfiyyat məqsədilə kosmosa buraxılır və Çin ordusunun strateji dəstək qüvvələri tərəfindən idarə olunur. 

Günəş Mərd