“Azerspace-2” orbitə buraxıldı - VİDEO
    • 26-09-2018, 10:19
    • 915

“Azerspace-2” orbitə buraxıldı - VİDEO

Azərbaycanın “Azerspace-2” peyki Fransa Qvianasında yerləşən Kuru kosmodromundan orbitə buraxılıb.
 “Azerspace-2” orbitə “Ariane 5” daşıyıcı raketlə göndərilib.

“Ariane 5” yubiley - 100-cü buraxılışında “Azerspace-2” peykindən əlavə, Yaponiyaya məxsus “Horizons 3e” peykini də orbitə çatdırıb.

“Azerspace-2” peykinin siqnalı Avropa, Cənub-Qərbi Asiya, Yaxın Şərq və Afrika ölkələrini əhatə edəcək. 
Peyk orbitdə ən azı 15 il qalacaq.