"Onlar Rusiyaya qarşı müharibə aparır" - LAVROV ELAN ETDİ
    • 18-09-2023, 10:19
    • 126

"Onlar Rusiyaya qarşı müharibə aparır" - LAVROV ELAN ETDİ

“ABŞ nə deyir desin, onlar Ukraynada müharibəni idarə edir, silah, sursat, kəşfiyyatla təmin edirlər - bizə qarşı müharibə aparırlar”.

News24.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Lavrov Vaşinqtonun Kiyevi daha da uzun mənzilli raketlərlə təmin etmək qərarını şərh edib. 

“Hazırda baş verənlər ondan ibarətdir ki, Ukrayna uzun illərdir ki, Rusiya strateji məğlubiyyət vermək üçün əlləri və bədənləri ilə döyüşməyə hazırlaşır”. 

Onun sözlərinə görə, ABŞ-ın Ukraynadakı müharibəni idarə etməsinin səbəbi  silah-sursat, kəşfiyyat, peyk məlumatlarının verilməsidir. 

“Onlar  Rusiyaya qarşı müharibə aparırlar”.

Ayşən