-
- 18-09-2023, 10:55
- 187
Zelenski dünya müharibəsi təhlükəsi olduğunu AÇIQLADI
“Dünya nizamı məsələsi sual altındadır”.
News24.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-ın “60 Dəqiqə” proqramına müsahibəsində deyib.
“Ukrayna süqut etsə, on ildən sonra nə baş verəcək? Sadəcə bu barədə düşün. Ruslar Polşaya çatsa, bundan sonra nə olacaq? Üçüncü Dünya Müharibəsi? Biz bütün dünyanın dəyərlərini qoruyuruq. Ən yüksək bədəli isə ukraynalılar ödəyir. Həqiqətən də azadlığımız üçün mübarizə aparırıq, ölürük. Biz fantastika deyilik, biz kitab deyilik. Biz həqiqətən dünyanı məhv etmək təhlükəsi ilə üzləşən nüvə dövlətinə qarşı mübarizə aparırıq”, - Zelenski bildirib.
“Amerika Birləşmiş Ştatları Ukraynanı maliyyə cəhətdən dəstəkləyir və mən buna görə minnətdaram. Mən sadəcə hesab edirəm ki, o təkcə Ukraynanı dəstəkləmir. Ukrayna yıxılsa, Putin mütləq daha da irəli gedəcək. Putin Baltikyanı ölkələrə gələndə, Polşa sərhədinə çatanda ABŞ nə edəcək? Ukrayna daha nə etməlidir ki, hamı bizim hədsiz minnətdarlığımızı ölçə bilsin? Biz bu müharibədə ölürük. Bütün dünya Putini dayandırmaq istəyir, yoxsa dünya müharibəsinə başlamaq istəyirlər, buna qərar verməlidirlər. Biz Putini dəyişə bilmərik... Keçmişə qayıda bilmərik. Amma biz bunu burada dayandıra bilərik”, - Ukrayna prezidenti vurğulayıb.
Qeyd edək ki, Zelenski bu həftə BMT Baş Assambleyasında çıxış etmək, Ağ Ev və Konqresə səfər etmək üçün ABŞ-a getməyi planlaşdırır.
Akqabay