"Ukrayna münaqişəsi bitməyəcək" - ZELENSKİ
    • 18-09-2023, 14:17
    • 128

"Ukrayna münaqişəsi bitməyəcək" - ZELENSKİ

“Ukraynadakı münaqişə ərazilərin bir hissəsinin təslim olması ilə bitməyəcək”.

News24.az xəbər verir ki, bu barədə “CBC” telekanalına müsahibəsi zamanı Ukrayna prezidenti Volodimir Zelenski deyib.

O vurğulayıb ki, Kiyev sülh sazişi naminə öz ərazilərinin bir hissəsindən imtina etməyə hazır deyil.

"Yox. Onlar bizim ərazilərimizdir”, - deyə Zelenski əlavə edib.

O, Ukrayna qoşunlarının əks-hücumları davam etdirəcəyini bildirib. 

“İrəli getmək və pis hava şəraitini unutmaq lazımdır”,- o deyib.

Ayşən