-
- 18-09-2023, 15:33
- 200
Netanyahu onları İrana "işləməkdə" SUÇLADI
İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-da hökumətin məhkəmə qayda-qanunlarına qarşı etiraz aksiyaları təşkil edən israillilərin "ölkələrini başqa xalqlar qarşısında rüsvay edərək İranla birlikdə hərəkət etdiklərini" deyib.
News24.az xəbər verir ki,Netanyahu, 78.BMT Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorka yola düşməzdən əvvəl dünən Tel-Əvivdəki Ben Qurion Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlamalar verib.
Netanyahu bilidrib ki, etirazlara külli miqdarda pullar xərclənir. İndi yolları bağlamaq, hərbi xidmətdən imtina etmək normal hala gəldi, bu, İsraili digər xalqlar qarşısında rüsvay edir.Müxalifətdə olduğum müddətdə İsraili heç vaxt dünya səhnəsində ləkələməmişəm
"İsraillilər Fələstin Azadlıq Təşkilatı (PLO), İran və başqaları ilə birlikdə fəaliyyət göstərəcəklər. Bunların heç biri artıq məni təəccübləndirmir"- deyə bildirib.
Aydan