İranda 400 nəfərə hökm oxundu
    • 14-12-2022, 12:34
    • 319

İranda 400 nəfərə hökm oxundu

İranda Məhsa Əmini etirazlarında iştirak edən 400 nəfərə hökm oxunub.

News24.az xarici KİV-ə istinadla xəbər verir ki, həbs edilən şəxslər müxtəlif ittihamlarla 10 ilə qədər həbs cəzasına məhkum edilib.

BMT-nin insan haqları üzrə ekspertlərinin hesablamaları sentyabrın ortalarından bəri ölkə üzrə 14 mindən çox adam həbs edildiyini bildirib. 40-ı uşaq olmaqla 300-dən çox insan isə həlak olub.

Xatırladaq ki, ölkədə 3 aya yaxındır davam edən nümayişlərlə bağlı indiyədək 11 nəfər barəsində ölüm hökmü çıxarılıb. 2 nəfər edam edilib.

Qumral Əliyeva