Suriyada öldüyününü elan edən azərbaycanlıya hökm OXUNDU
    • 18-09-2023, 18:03
    • 135

Suriyada öldüyününü elan edən azərbaycanlıya hökm OXUNDU

Bakı Ağır Cinayətlər Məhkəməsində 2016-cı ildə Suriyada döyüşlərdə iştirak edərkən öldüyü elan edilən Şahin Salayevin işi üzrə məhkəmə prosesi keçirilib.  

News24.az-ın məlumatına görə, hakim FəridNamazovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Ş. Salayev 7 il azadlıqdan məhrum edilib. 

İttihama görə, Şahin Salayev İŞİD terror təşkilatının silahlı münaqişələrində iştirak edib.  Onun barəsində  Cinayət Məcəlləsinin 283-1.3-cü maddəsi (dini məzhəbləri yaymaq zəminində Azərbaycandan kənarda silahlı münaqişələrdə iştirak etmə) ilə ittiham olunub.

Qeyd edək ki, Şahin Salayev bu il Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən xarici dövlət ərazisində tutularaq Azərbaycana gətirilib. Onun Suriya-İraq ərazisində 10 illik döyüş təcrübəsi olub. Araşdırmalar zamanı məlum olub ki, Salayev 2016-cı ildə Suraxanı Rayon Məhkəməsinin qətnaməsi ilə xaricdəki silahlı münaqişələr zamanı ölmüş elan edilib.

Samir Əli