Bir çox ananın körpəsinə süd verməkməkdən imtina etdiyi bir vaxtda, yaponiyalı iş adamları bu vəziyyətdən pul qazanmaq üçün istifadə etməyə başlayıblar.

News24.az saytı dünya mətbuatına istinadən xəbər verir ki, Yaponiya şirkəti Texasda baş tutan sərgilərdən birində atalar üçün süni “sinə”ni təqdim ediblər.

Yenilikləri ilə bağlı danışan şirkət rəsmisi bunları deyib: “Yaponiyalı uşaqlar hər kəsdən az yatır. Biz bu problemi həll etmək və onların övladlarının həyatında aktiv rol oynamağını istəyirik” .

Qeyd edək ki, atalar üçün “sinə”də süd və sıyıq üçün xüsusi yer mövcuddur. Bundan başqa avadanlıqda xüsusi qurğu da var ki, o da körpənin qidalanmasına nəzarət edir və valideynlərin telefonuna bildiriş göndərir.


Fotolar