"Bizim Avropa İttifaqına ehtiyacımız yoxdur"- ƏRDOĞAN
    • 19-09-2023, 10:05
    • 157

"Bizim Avropa İttifaqına ehtiyacımız yoxdur"- ƏRDOĞAN

Türkiyə hələ ki, Avropa İttifaqına daxil olmaq ərizəsindən imtina etmək niyyətində deyil, lakin Aİ olmadan da kifayət qədər özünü təmin edir.

News24.az xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Avropa İttifaqının qəbul etdiyi qərarlara böyük əhəmiyyət veririk. Əgər Avropa İttifaqı belə bir qərar qəbul edərək (Türkiyənin qəbulu ilə bağlı - İF) belə bir addım atsaydı, biz bunu alqışlayardıq", - o, müsahibəsində deyib.

Prezident eyni zamanda qeyd edib: "Türkiyə son beş onillikdə Avropa Birliyinin qapısında dayanıb. Biz həmişə özümüzü təmin etmişik. Biz heç vaxt Aİ-dən alacağımız töhfələrə və ya dəstəyə güvənməmişik. , buna görə də buna ehtiyacımız yoxdur" 

Aydan