"Ağdam və Laçın yollarından Xankəndiyə yükdaşımaların başlamasını alqışlayırıq"

"Ağdam və Laçın yollarından Xankəndiyə yükdaşımaların başlamasını alqışlayırıq" Maraqlı

Böyük Britaniya Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) avtomobilləri ilə Qarabağın erməni əhalisinə humanitar yardımın çatdırılması üçün Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının açılmasını alqışlayır. 

News24.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld “X” hesabında paylaşım edib.

“Britaniya Ağdam-Xankəndi və Laçın yollarının BQXK nəqliyyat vasitələrinin Qarabağ ermənilərinə ərzaq çatdırması üçün açılmasını alqışlayır. Biz ümid edirik ki, bu yollardan müntəzəm istifadə etməklə BQXK həyati əhəmiyyətli yardımların çatdırılmasına davam edəcək”, - səfir qeyd edib.

Akqabay