Ermənistanda generalın gömrükdə işləyən oğlu həbs olundu

Ermənistanda generalın gömrükdə işləyən oğlu həbs olundu
HADİSƏ

Baxış: 74 \ Tarix: 19-09-2023, 13:12

Mətn ölçüsü

Ermənistan Müdafiə Nazirliyi ümumi təhlükəsizlik xidməti rəisinin keçmiş müavini, general-mayor Valeri Qriqoryanın oğlu, Gömrük Komitəsinin əməkdaşı Ernest Qriqoryan həbs edilib.

News24.az “Report”a istinadən xəbər verir ki, əməliyyatı Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları reallaşdırıb.

Bildirilib ki, Antikorrupsiya Komitəsi onun barəsində həbs qətimkan tədbiri seçib.

Məlumata görə, bir müddət əvvəl “Zvartnos” hava limanının bölmə rəisinin və Gömrük Komitəsinin əməkdaşı Sergey Manukyanın İrəvan Şəhər Polis Şöbəsinə əl qandallı aparıldığına dair xəbər yayılmışdı.