Nazir təyyarə qəzasına görə istefa verəcək
    • Bu gün, 00:32
    • 895

Nazir təyyarə qəzasına görə istefa verəcək

Cənubi Koreyada "Jeju Air" aviaşirkətinə məxsus təyyarənin eniş zamanı idarəetmədən çıxması və 179 nəfərin ölmünə səbəb olması ilə bağlı rəsmi açıqlama edilib.

News24.az Söz.az-a istinadən xəbər verir ki, ölkənin nəqliyyat naziri Park Sanq-vu, mövcud böhran aradan qaldırıldıqdan sonra istefa verməyi düşündüyünü söyləyib.

Nazir “Məsuliyyətli bir məmur olaraq, müvafiq addımlar atmağı, bunun üçün doğru zamanı və metodu qiymətləndirməyi düşünürəm" deyib. 

Cənubi Koreya Nəqliyyat Nazirliyinin rəsmisi Li Seunq Yeol bildirib ki, qəzadan əvvəl təyyarənin quş sürüsünə çırpıldığı təsdiqlənib.