SON DƏQİQƏ: Rusiyanın İrəvandakı  SƏFİRLİYİ BAĞLANDI
    • 19-09-2023, 23:46
    • 391

SON DƏQİQƏ: Rusiyanın İrəvandakı  SƏFİRLİYİ BAĞLANDI

Rusiyanın İrəvandakı səfirliyinin binası etirazçılar tərəfindən tamamilə bağlanıb.

News24.az TASS-a istinadən xəbər verir ki, 
diplomatik nümayəndəlik tədbir görmək üçün Ermənistan Xarici İşlər Nazirliyinə nota göndərib.

"Rusiyanın Ermənistandakı səfirliyinin binası yaxınlığında etiraz aksiyası keçirmək üçün internetdə yayılan çağırışlara diqqət yetirdik. Onlar yayımlandıqdan sonra diplomatik nümayəndəlik əvvəlcə qismən, sonra isə tamamilə bağlandı. Normal fəaliyyət hələ də qeyri-mümkün olaraq qalır. Biz içəridəyik. Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasından irəli gələn öhdəliklərə uyğun olaraq səfirliyin normal fəaliyyətini bərpa etmək üçün tədbirlər görmək məqsədilə Ermənistan Xarici İşlər Nazirliyinə nota göndərdik”, - deyə məlumatda qeyd olunub.