Avstriya dörd rus diplomatı ölkədən çıxarır
    • 7-04-2022, 10:50
    • 309

Avstriya dörd rus diplomatı ölkədən çıxarır

Avstriya dörd rus diplomatı ölkədən çıxarır.

News24.az RİA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Avstriya Respublikasının Avropa və Xarici İşlər üzrə Federal Nazirliyi Rusiyanın Vyanadakı səfirliyinin üç əməkdaşının və Rusiyanın Zalsburqdakı Baş Konsulluğunun bir əməkdaşının diplomatik statusunu geri götürmək barədə qərar qəbul edib. 

Diplomatların statuslarının geri alınmasına səbəb isə onların diplomatik statuslarına uyğun olmayan hərəkətlər etmələri göstərilib. 

Bu səbəbdən də onlar "arzuolunmayan şəxslər" siyahısına daxil ediliblər.