MN: Rusiya sülhməramlı kontingentinin mövqeyi ATƏŞƏ TUTULMAYIB
    • 20-09-2023, 01:35
    • 391

MN: Rusiya sülhməramlı kontingentinin mövqeyi ATƏŞƏ TUTULMAYIB

Ermənistanın bəzi sosial media hesablarında guya Silahlı Qüvvələrimiz tərəfindən Rusiya sülhməramlı kontingentinə məxsus mövqeyin atəşə tutulması barədə yayılan məlumatlar tamamilə yalandır, dezinformasiya xarakteri daşıyır.

News24.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

"Yayılan bu məlumatı qəti surətdə təkzib edirik", - məlumatda deyilir.