Bu ərazidə QAZ OLMAYACAQ
    • 20-09-2023, 09:23
    • 205

Bu ərazidə QAZ OLMAYACAQ

"Lökbatan” QPS-də (Qaz Paylayıcı Stansiya) və “Lökbatan” QTM-də (Qaz Təmzinləyici Məntəqə - red.) görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar 20 sentyabr saat 09:30-dan işlər başa çatanadək adıçəkilən QPS-dən qaz təchizatı dayandırılacaq.

News24.az xəbər verir ki, bu barədə SOCAR “Azəriqaz” İstehsalat Birliyindən 
məlumat verilib. 

Təmir aparılan müddətdə Qaradağ rayonunun Lökbatan qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.