"Nicat Lənkəranski"nin qətlini sifariş verən şəxs məlum oldu - Məhkəmə
    • 20-09-2023, 11:44
    • 636

"Nicat Lənkəranski"nin qətlini sifariş verən şəxs məlum oldu - Məhkəmə

Bakı Ağır Cinayətlər Məhkəməsində kriminal aləmdə "Nicat Lənkəranski" ləqəbi ilə tanınan Nicat Əkbərovu öldürməyə cəhddə təqsirləndirilən mütəşəkkil dəstənin işi üzrə məhkəmə prosesi davam etdirilib. 

News24.az-ın məlumatına görə, prosesdə prokuror ittiham aktını elan edib. 

İttihamda göstərilib ki, Nicat Lənkəranskinin qətlinin sifarişini xarici ölkədə yaşayan, kriminal aləmdə  "Emin Naxçıvanski" kimi tanınan Emin Qasımov verib. 

Belə kix təqsirləndirilən şəxs Şahmar İsmayılov  Emin Naxçıvanski ilə telefon əlaqəsinə girərək Nicat Lənkəranskinin qətlini sifariş alıb. Emin Naxçıvanski ona söz verib ki, qətli törədəndən sonra onun İstanbula qaçmasına şərait yaradacaq və orada normal yaşayış şəraiti ilə təmin edəcək. Şahmar İsmayılov Ramal Qasımov və Vüqar Quliyevlə görüşərək plan barədə onlara məlumat verib. Daha sonra aralarında əldə edilən razılıq əsasında onlar Nicat Lənkəranskinin yaşadığı ünvanın qarşısına gələrək onun hərəkət traektoriyasını müəyyənləşdiriblər. Emin Qasımov qətlin sifarişi üçün Şahmara ilkin olaraq 950 manat göndərib. Şahmar İsmayılov qətli rörətmək üçün istintaqla müəyyən edilməyən şəxsdən odlu silah olan tapança əldə edib. Daha sonra onlar Nicat Lənkəranskini 6 gün izləyib. 

Onlar Nicat Əkbərovu izləyərək Səməd Vurğun küçəsindəki "Vurğun Rezidens" kompleksinə gəlib. Burda dəstə üzvləri silahlanaraq özlərinə əlverişli mövqe seçib. Nicat Lənkəranski həmin binadan çıxaraq avtomobilinə yaxınlaşaraq dəstə üzvləri 10-15 metr məsafədən ona yaxınlaşaraq atəş açıblar. Nicat Lənkəranski güllədən yayınaraq hadisə yerindən uzaqlaşa bilib. Nəticədə ərazidə olan iki nəfər mülki şəxs yaralanıb. 

Şahmar İsmayılov, Ramal Qasımov və Vüqar Quliyev qısa müddətdə hava limanına gələrək ölkəni tərk etmək istəyib. Emin Qasımov Şahmara dərhal Azərbaycandan qaçmaq üçün 2500 manat göndərib. Onlar ölkədən qaçmağa cəhd edərkən hava limanında yaxalanıb. 

İttihama münasibət bildirən təqsirləndirilən şəxslər özlərini qismən təqsirli bilib. 

Proses oktyabrın 27-də davam etdiriləcək. 

Samir Əli