Bu tarixə qədər Azərbaycan Ordusu Xankəndiyə girməlidir - Korotçenko
    • 20-09-2023, 12:11
    • 1 322

Bu tarixə qədər Azərbaycan Ordusu Xankəndiyə girməlidir - Korotçenko

“Strateji təşəbbüs bütünlüklə Qarabağda antiterror fəaliyyətləri zamanı bütün əsas sahələrdə mühüm irəliləyiş əldə etmiş Azərbaycan silahlı qüvvələrinin əlindədir”.

News24.az xəbər verir ki, bu sözləri rusiyalı hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko öz “Telegram” kanalında yazıb.

“Erməni bölmələri rabitənin itirilməsi və mərkəzləşdirilmiş döyüş nəzarətinin mümkünsüzlüyü ucbatından əsasən qeyri-mütəşəkkildir”, - ekspert bildirib.

İ. Korotçenko qeyd edib ki, əsas intriqa BMT Təhlükəsizlik Şurasının sentyabrın 21-nə təyin edilmiş Qarabağla bağlı iclası başlamazdan əvvəl (ABŞ-ın dəstəyi və Fransanın təşəbbüsü ilə) Azərbaycan Ordusunun həmin vaxta kimi Xankəndiyə nəzarəti bərpa edib-etməməsi ilə bağlıdır.

Akqabay