Ermənilər Yevlaxa gəlir... - FOTO/ VİDEO
    • 21-09-2023, 09:46
    • 589

Ermənilər Yevlaxa gəlir... - FOTO/ VİDEO

Lokal xarakterli antiterror tədbirləri nəticəsində ağ bayraq qaldıraraq təslim olan və danışıqlara razılaşan Qarabağın erməni sakinlərinin nümayəndə heyəti bu gün görüş üçün Yevlax rayonuna gəlir.

News24.az xəbər verir ki, Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə hərəkət edən nümayəndə heyəti Yevlaxda Azərbaycan tərəfi ilə görüşəcək.

Xankəndidən gələn nümayəndə heyəti artıq Ağdam rayonunu keçib, Yevlax şəhər istiqamətinə doğru hərəkət edir.