-
- 21-09-2023, 12:38
- 521
"İran tələb edir ki..." - KƏNANİDƏN QARABAĞ AÇIQLAMASI
"Regionda münaqişələrin davam etməsi üçün heç bir səbəb yoxdur və ümid edirik ki, bundan sonra bölgədə heç bir müharibənin şahidi olmayacağıq".
News24.az “Tasnim”ə istinadla xəbər verir ki, bunu İran Xaici İşlər Nazirinin sözçüsü Nasir Kənani deyib.
“İran region ölkələrinin ərazi bütövlüyünə və sərhədlərinə tam hörmətlə yanaşmağı tələb edir və hesab edir ki, “Dağlıq Qarabağ” xalqının hüquqları və təhlükəsizliyi təmin edilməlidir”, - o bildirib.
Qeyd edək ki, Azərbaycanda "Dağlıq Qarabağ" adlı bölgə yoxdur, Qarabağ iqtisadi rayonu var. Həmçinin rəsmi olaraq protokollarda "Dağlıq Qarabağ" sözü də artıq işlədilmir. Və bunu İranın XİN-in sözçüsü bilməlidir. Ona görə də, Nasir Kənani bu ifadədən istifadə etməklə molla rejiminin məkrli siyasətini və əsl üzünü bir daha göstərmiş oldu.
Ayşən