Azərbaycanın qələbəsi - DÜNYA MANŞETİNDƏ

Azərbaycanın qələbəsi - DÜNYA MANŞETİNDƏ Maraqlı

Qarabağda atəşkəs elan edildikdən sonra dünya mətbuatı öz səhifələrini Azərbaycanın qələbəsinə həsr edib. Bakı əməliyyatı “ildırım hücumu” kimi şərh edilib.

News24.az "Hüriyyet"-ə istinadla xəbər verir ki, Bakının qələbəsi bütün dünyada manşetlərə çevrilib.

“Politico” 24 saat ərzində əldə edilən qələbədən sonra “Azərbaycan Qarabağdakı ildırım hücumunda qələbəsini elan etdi” başlığını dərc edib.

ABŞ-ın ABC News telekanalı “35 ildir davam edən münaqişə, deyəsən, nəhayət, Azərbaycanın xeyrinə başa çatıb” deyib.

Britaniyanın “Telegraf” nəşri “Azərbaycanın qələbəsi Putini tənqid edənləri əsəbləşdirdi, lakin Ermənistanı Qərb müttəfiqlərinə doğru itələdi” başlıqlı məqalə ilə çıxış edib.

“Hindustan Times” qəzeti “Azərbaycan Qarabağ separatçılarının təslim olmasından sonra qələbəsini elan edib” deyib.

Hindistanda yerləşən NDTV erməni ünsürlərinin silahı yerə qoyma qərarını “separatçıların müqavimətinin heyrətamiz iflası” adlandırıb.

Qətərdə yerləşən “Əl-Cəzirə” yazıb ki, "Azərbaycanın uğurlu əməliyyatından sonra Rusiyanın Dağlıq Qarabağdakı rolu şübhə altına alınıb". 

AYDAN