"Erməni havadarları bir daha təslim oldular" - POLİTOLOQ
    • 22-09-2023, 12:51
    • 225

"Erməni havadarları bir daha təslim oldular" - POLİTOLOQ

“Azərbaycan ordusu Ermənistanln silahlı qüvvələrinə və onların bir qolu olan Qarabağ ermənilərinin qanunsuz silahlı dəstələrinə qarşı antiterror tədbirləri həyata keçirdi. Və qısa müddətdə qarşıdakı hərbi qüvvələri darmadağın etdi. Bundan sonra artıq dünyada heç bir dətəyin olmadığını görən separatçıların "liderlər"i Azərbaycanın şərtlərini qəbul etmək məcburiyyətində qaldılar.  Bu yöndə ilk addım Yevlax görüşü oldu. Halbuki bundan öncə ermənilər qəti şəkildə Yevlaxa gəlməkdən imtina edirdilər. Reinteqrasiya və Qarabağ ermənilərinin təhlükəsizlik məsələləri müzakirə edildi. Ermənilər artıq müəyyən xahişlərini Rəsmi Bakının təmsilçilərinə çatdırdılar. Azərbaycan yardımından qəti şəkildə imtina edənlər, bu dəfə özləri qida və yanacaq istədilər”.

Bu sözləri News24.az-a politoloq Abutalıb Səmədov dünən Qarabağın erməni əhalisinin mümayəndələri ilə Yevlaxda baş tutan görüş barəsində danışarkən deyib.

O bildirib ki, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlər üçün ərzaq məhsullarının göndərməsi reinteqrasiya prosesinin başlanmasının göstəricisidir: “Artıq ermənilər də anlayırlar ki, sözügedən proses sürətli şəkildə həyata keçirilməlidir. Anlayırlar ki, daha Ermənistan hər il olduğu kimi onlara üç yüz milyon dollardan artıq kredit verə bilməyəcək. Bütün problemlərin həlli daha Azərbaycan büdcəsi ilə nəzərdə tutulacaq. Hesab edirəm ki, proseslər bundan sonra sürətli inkişaf edəcək. Çünki il daha sona çatır. Qarabağın yeni büdcəsi təyin edilməlidir.

Ehtiyacları öyrənilməli və bu yöndə müvafiq addımlar atılmalıdır. Ölkə  başçısı İlham Əliyev Qarabağda sosial proqramların reallaşacağını dedi. Eyni zamanda digər sosial-iqtisadi proqramlar da nəzərdə tutulacaq Azərbaycan tarixinin ən böyük qələbələrindən  birini qazandı. Bu, çox qısa bir vaxtda və gözlənilmədən baş verdi”.

Ayşən Rəhim