-
- 21-09-2023, 13:35
- 427
"Başqa yolumuz yox idi" - Paşinyan
Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh danışıqlarına getməyə məcbur olduqlarını bildirib.
News24.az Day.Az-a istinadən xəbər verir ki, N.Paşinyan deyib ki, müstəqillik və dövlətçilik naminə bu çətin sülh yolun keçməliyik.
N.Paşinyanın bu açıqlaması onu göstərir ki, Ermənistan artıq sülh danışıqlarından başqa yol qalmadığını nəhayət qəbul edib. Bundan əvvəl Ermənistan öz havadarlarına arxalanaraq sülh danışıqlarına əngəllər törədir və prosesi uzadırdırsa, artıq əlinin hər yerdən üzüldüyünü və havadarlarının da onlara kömək edə bilməyəcklərini başa düşüb.
Azərbaycanın keçirdiyi qısa lokal antiterror tədbirləri nəticəsində Ermənistanın bütün ümidləri boşa çıxdı və onlar Azərbaycanla təzyiq və təxribat dili ilə danışa bilməyəcəklərini yəqin etdilər.
Qeyd edək ki, Azərbaycan Ordusunun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirləri separatçıların təslim olması ilə nəticələndi. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olundu və 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirləri dayandırıldı. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının təklif etdiyi kimi, Qarabağın erməni sakinlərinin nümayəndələri ilə 2023-cü il sentyabrın 21-də Yevlaxda görüş təyin edildi.
Hazırda Yevlaxda keçirilən görüşdə Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələləri müzakirə edilir.