-
- 22-09-2023, 11:31
- 153
Ermənistan Rusiyadan imtina edib Hindistana üz tutdu - 500 milyonluq ANLAŞMA
“Ermənistan Rusiya ilə müdafiə müqavilələrindən imtina edib, Hindistandakı özəl təşkilatlarla müqavilələr imzalayıb. 500 milyon dollar köçürüb, lakin müqavilədə nəzərdə tutulan silahların 5%-ni belə almayıb. Ermənistan Müdafiə Nazirliyi ilə Rusiyanın SMERÇ tipli raketlər istehsal edən zavodu “NPO Splav” arasında müqavilə imzalanıb”.
News24.az xəbər verir ki, bu barədə “Joxovurd” məlumat yayıb.
Nəşrin məlumatına görə, müqaviləyə əsasən Rusiya zavodu Ermənistan üçün lazım olan raketləri istehsal etməli idi. Zavod Ermənistan Müdafiə Nazirliyinə bildirib ki, mallar çatdırılmağa hazırdır və onlar hərbi yükü qəbul etmək üçün mütəxəssislər göndərə bilərlər.
“Bundan 1 il 3 ay keçsə də, Ermənistan Müdafiə Nazirliyi yükü hələ də gətirməyib. Malları götürmək üçün “NPO Splav” zavodu Ermənistanla 3 dəfə əlaqə saxlayıb, məhsullarını qısa müddətdə almaq xahişi ilə müraciət edib, çünki bu ölçüdə olan məhsulları anbarda uzun müddət saxlamaq mümkün deyil. Bu qədər müraciətdən sonra belə İrəvan hərbi yüklərin daşınmasını təşkil etməyib”,- nəşr yazıb.
Ayşən