-
- 22-09-2023, 13:10
- 174
Türkiyə qoşunlarının Suriyadan nə vaxt çıxarılacağını AÇIQLADI
Türkiyənin müdafiə və milli təhlükəsizlik naziri Yaşar Gülər bildirib ki, Ankara Suriyada təhlükəsiz vəziyyət yarandıqdan sonra qoşunlarını oradan çıxaracaq.
News24.az xəbər verir ki, “Milliyet” qəzetinə müsahibəsində Gülər qeyd edib ki, qoşunların çıxarılması üçün “ilk növbədə şərait yaratmalıyıq”.
“Bizə heç kimin torpaqları lazım deyil. Amma indi ölkəmizdə 4 milyon suriyalı var və İdlibdə hər an orada olan 5 milyonun qaçqın vəziyyətinə düşməsi təhlükəsi var. Təhlükəsiz mühit yaratmadan oradan çıxa bilərikmi?” – nazir bildirib.
Akqabay