Türkiyə daha Suriyadan qaçqın qəbul etməyəcək
    • 7-09-2018, 20:30
    • 951

Türkiyə daha Suriyadan qaçqın qəbul etməyəcək

"Türkiyə daha Suriyadan qaçqınlar qəbul etməyə qadir deyil".

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Tehranda iranlı və rusiyalı həmkarları ilə üçtərəfli görüşdə deyib.

O həmçinin vurğulayıb ki, Suriya ordusunun İdlibdə əməliyyatlar keçirməsi humanitar fəlakətə səbəb ola bilər: "Suriyanın İdlib vilayətindəki vəziyyət risk nöqtəsinə gəlib çatıb. Bu region Türkiyənin təhlükəsizliyi üçün vacibdir".

//report