Silahlı qrup 35 nəfəri QAÇIRDI
    • 22-09-2023, 17:01
    • 458

Silahlı qrup 35 nəfəri QAÇIRDI

Nigeriyanın Zamfara əyalətində universitetə silahlı basqın nəticəsində 35 nəfər qaçırılıb.

News24.az xəbər verir ki, bu barədə Zamfara əyalət qubernatorluğunun sözçüsü Muqira Yusuf bildirib.

O əlavə edib ki, səhər saatlarında ştatın Qusau rayonunda naməlum silahlı şəxslər universitetə hücum ediblər.

Yusuf hücumda 24-ü tələbə olmaqla 35 nəfərin qaçırıldığını qeyd edib.

Qeyd edək ki, Zamfara əyaləti 5 ildir silahlı dəstələrin hücumları ilə üzləşir. 

Aynurə