Ceyhun Bayramovun həmsədrliyi ilə ECO-ASEAN-ın 15-ci Birgə Nazirlər Görüşü keçirilib
    • 23-09-2023, 01:59
    • 137

Ceyhun Bayramovun həmsədrliyi ilə ECO-ASEAN-ın 15-ci Birgə Nazirlər Görüşü keçirilib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun həmsədrliyi ilə ECO-ASEAN-ın 15-ci Birgə Nazirlər Görüşü keçirilib.

News24.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti sosial şəbəkədə bildirib.

“BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun həmsədrliyi ilə ECO-ASEAN-ın 15-ci Birgə Nazirlər Görüşü keçirilib. Görüşdə İƏT və ASEAN ölkələri ilə əməkdaşlıq üçün prioritetlər müəyyən edilib və Azərbaycanın 2023-cü il İƏT-ə sədrliyimiz çərçivəsində baxış və layihələri təqdim olunub”, - xarici siyasət idarəsinin sosial şəbəkə hesabında diqqətə çatdırılıb.