Şəhid gizirin son arzusu yerinə yetirildi - VİDEO
    • 23-09-2023, 12:35
    • 529

Şəhid gizirin son arzusu yerinə yetirildi - VİDEO

Ötən gün sosial şəbəkələrdə uşaqlıq dostu Elvin Heydərovla danışarkən videosu yayılan şəhid gizir Nəcməddin Quliyevin son arzusu reallaşdırıldı. 

News24.az xəbər verir ki, video yayılan kimi dərhal AAYDA-nin rəhbərliyi tərəfindən Cəlilabad rayonu “46 N-li Yol İstismarı” MMC-ə şəhid gizirin yaşadığı Çünzəli kəndinin yolunun asfaltlanması ilə bağlı tapşırıq verildi. 

MMC tərəfindən bir-neçə saat ərzində əraziyə lazımi texnikalar və canlı qüvvə səfərbər olunaraq asfaltlanma işləri icra olunaraq yekunlaşdırıldı.