Cüdoçumuz Böyük Dəbilqə turnirinin QALİBİ OLDU
    • 23-09-2023, 18:19
    • 229

Cüdoçumuz Böyük Dəbilqə turnirinin QALİBİ OLDU

Azərbaycanın daha bir cüdoçusu Bakıda keçirilən Böyük Dəbilqə turnirinin qalibi olub.

News24.az Report-a istinadən xəbər verir ki, 81 kq çəki dərəcəsində Zelim Tçkayev final görüşünü qələbə ilə başa vurub.

O, həlledici qarşılaşmada Avstriya təmsilçisi Şamil Borçaşviliyə qalib gəlib.

Z.Tçkayevə qədər Hidayət Heydərov (73 kq) Böyük Dəbilqənin qızıl medalını qazanıb.

Qeyd edək ki, ötən gün kişilər arasında Yaşar Nəcəfov (66 kq) qızıl, qadınların mübarizəsində isə Leyla Əliyeva (48 kq) gümüş medala yiyələniblər.