İrəvanda 45 nəfər SAXLANILDI
    • 23-09-2023, 18:28
    • 294

İrəvanda 45 nəfər SAXLANILDI

İstintaq Komitəsi sentyabrın 19-dan İrəvanda keçirilən mitinqlərdə ictimai asayişin pozulması ilə bağlı ümumilikdə 26 cinayət işi açıb.

News24.az xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb. 

İstintaq Komitəsinin məlumatına görə, cinayət işləri çərçivəsində 45 nəfər barəsində həbs-qətimkan tədbiri seçilib, daha 5 nəfər həbs edilib, 7 nəfər axtarışa verilib. Ümumilikdə 39 nəfərin həbsi ilə bağlı məhkəməyə vəsatətlər verilib, onlardan 34-nün işinə baxılır.

Həmin şəxslər kütləvi iğtişaşlarda iştirakda, kütləvi iğtişaşların təşkilinə çağırışda, zorakılıqda, başqasının əmlakına ziyan vurmada, qanunsuz silah gəzdirmədə, polis əməkdaşlarının işinə müdaxilədə ittiham olunurlar.