Qarabağda dinc həyatın bərqərar olmasının vaxtı çatıb - Lavrov
    • 23-09-2023, 21:48
    • 245

Qarabağda dinc həyatın bərqərar olmasının vaxtı çatıb - Lavrov

Azərbaycanla Ermənistan liderləri iki ölkənin suverenliyinin qarşılıqlı tanınması məsələsini həll etdikdən sonra dinc həyatın bərqərar olmasının vaxtı çatıb.

News24.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyasının 78-ci sessiyasının siyasi müzakirəsində deyib.

"Rusiya sülhməramlı kontingenti buna hər bir işdə öz töhfəsini verəcək. Hazırda oradakı sülhməramlılarımız Qarabağ nümayəndələri ilə Azərbaycan rəsmiləri arasında təmaslara yardım edirlər".