"Rusiya Qarabağdakı müharibənin dayandırılmasında əsas rol oynadı" - Lavrov
    • 24-06-2021, 14:15
    • 382

"Rusiya Qarabağdakı müharibənin dayandırılmasında əsas rol oynadı" - Lavrov

"Ötən ilin sonunda Rusiya Qarabağdakı müharibənin dayandırılmasında və bütün Zaqafqaziyada dinc həyatın bərpası üçün şərait yaradılmasında əsas rol oynadı".

News24.az xəbər verir ki, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov Beynəlxalq Təhlükəsizlik üzrə IX Moskva Konfransında deyib. O bildirib ki, ATƏT-in Minsk Qrupunun digər həmsədrləri ilə birlikdə tərəflər arasındakı etimadı gücləndirmələrinə, humanitar layihələri həyata keçirməsinə kömək etməyə davam edilir.