15 məktəblinin olduğu avtobus QƏZAYA DÜŞDÜ
    • 24-09-2023, 22:19
    • 149

15 məktəblinin olduğu avtobus QƏZAYA DÜŞDÜ

Sverdlovsk vilayətində 15 məktəblinin olduğu mikroavtobus minik avtomobili ilə toqquşub.

News24.az TASS-a istinadən xəbər verir ki, hadisə nəticəsində 12 yaşlı tələbə xəsarət alıb və kəllə-beyin travması ilə Yekaterinburq xəstəxanasına yerləşdirilib. 

Qəza Perm -Ekaterinburq magistralının 291-ci kilometrliyində baş verib. İlkin ehtimala görə, “Opel” markalı minik avtomobilinin sürücüsü dönərkən “Mercedes” markalı mikroavtobusa yol verməyib və nəticədə toqquşma baş verib. 

Qəzanın səbəbləri araşdırılır.