Etirazçılar İrəvanın mərkəzinə TOPLAŞDILAR
    • 24-09-2023, 23:11
    • 150

Etirazçılar İrəvanın mərkəzinə TOPLAŞDILAR

Ermənistanda etirazçılar Baş nazir Nikol Paşinyanın istefasını tələb etmək üçün İrəvanın mərkəzində toplaşıblar.

News24.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. 

1000-dən çox insan polis tərəfindən mühasirəyə alınan hökumət binasının qarşısındakı meydanda toplaşıb. Lakin etirazçılar binaya yaxınlaşmayıb, meydanın mərkəzində qalıblar. Hazırda vəziyyət sabitdir.