Yük maşını ilə minik avtomobili toqquşdu: - 1 ölü, 2 yaralı
Hadisə
Nevşehirdə yük maşını ilə minik avtomobili toqquşub.
News24.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.
Avtomobilin sürücüsü Yakup B-nin öldüyü müəyyən edilib.
Qəza zamanı avtomobildə olan F.B və yük maşınının sürücüsü MUB xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı araşdırma başladılıb.