-
- 25-09-2023, 10:03
- 254
Gec yaşda ata olanlar diqqət: uşaqlarda şizofreniya, əqli gerilik...
Alimlər bildrib ki, yaşlı atalardan doğulan uşaqlarda autizm, şizofreniya və bipolyar pozğunluq inkişaf riski artır. Ata yaşının nəslin əqli qabiliyyətlərinə mənfi təsiri haqqında məlumatlar da var ki, bu da nəslin əqli geriliyi ilə özünü göstərə bilər.
News24.az xəbər verir ki, bu barədə “Planet Today” yazır.
Moskva Dövlət Universiteti, MIT (ABŞ) və WSU (ABŞ) Elmi-Tədqiqat Fizika və Biologiya İnstitutundan olan beynəlxalq bioloqlar qrupu yaşlı kişilərdə mikrob hüceyrələrinin epigenetik əlamətlərinə dair məlumatları təhlil edən bir araşdırma aparıb. Məlum olub ki, bu əlamətlər gələcək nəsillərin sağlamlığına təsir göstərə bilər. Tədqiqat çərçivəsində, gələcək uşaqların sinir sisteminin formalaşması ilə bağlı genlərin müəyyən hissələri DNT-nin metilasiyası prosesində, bu genlərin fəaliyyətini tənzimləyən kimyəvi dəyişikliyə məruz qalıdığı ortaya çıxıb.
Moskva Dövlət Universitetinin Fizika və Biologiya Elmi-Tədqiqat İnstitutunun epigenetik epidemiologiya qrupunun aparıcı alimi Aleksandr Suvorov vurğulayır:”Yaşla sperma epigenetikası dəyişikliklərinin təsadüfi mutasiyalara bənzər olduğu düşünülürdü. Bu cür dəyişikliklər hətta "epimutasiyalar" adını da almışdı. Lakin tədqiqatın nəticələri və eksperimental məlumatlar göstərir ki, bu dəyişikliklər müəyyən sistem xarakteri daşıyır. Qeyd etmək vacibdir ki, bu cür dəyişikliklərin bioloji rolu tam başa düşülməmişdir, lakin görünür ki, məməlilərin yaşdan asılı olaraq gələcək nəslə müxtəlif məlumatları ötürmək proqramı ola bilər”.
Ayşən