-
- 31-05-2019, 17:26
- 1 079
Şagirdlər AMEA-nın Fizika İnstitutunda təcrübə keçiblər
Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunda Yasamal rayonu 175 nömrəli tam orta məktəbin IX sinif şagirdləri qonaq olublar.
AMEA Fizika İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən News24.az-a verilən məlumata görə, görüşün keçirilməsində məqsəd məktəblilərdə elmə marağı artırmaq, onların bilik və bacarıq səviyyəsinin yüksəldilməsi olub.
İnstitutun alimləri elmi müəssisənin fəaliyyəti, İnnovasiya sektorunda quraşdırılan müasir avadanlıqlar, laboratoriyalarda yerinə yetirilən elmi-tədqiqat işləri haqqında, həmçinin fizika sahəsində əldə olunan ən son yeniliklərdən şagirdlərə məlumat veriblər.