“Qarabağ” “Qəbələ” ilə oyuna İTKİLƏRLƏ ÇIXACAQ
    • 25-09-2023, 18:50
    • 353

“Qarabağ” “Qəbələ” ilə oyuna İTKİLƏRLƏ ÇIXACAQ

“Qarabağ” Premyer Liqanın VII turunda “Qəbələ” ilə qarşılaşacaq

News24.az Apasport.az saytına istinadən xəbər verir ki, Ağdam klubu matça itkilərlə çıxacaq. 

“Qarabağ”ın iki futbolçusu - Redon Cica və Bəhlul Mustafazadə böyük ehtimalla oyunu buraxacaq. Hər iki futbolçunun müalicəsi davam etdirilir. 

Avropa Liqasının qrup mərhələsinin I turunun “Molde” ilə görüşündə zədələnərək oyunu yarımçıq tərk etmiş Mateus Silva isə artıq düşərgəyə qayıdıb. Kollektivlə məşqlərə qoşulmuş braziliyalının bu günkü matçda meydana çıxmasında problem görülmür.