"WhatsApp” bu smartfonlarda İŞLƏMƏYƏCƏK!
    • 26-09-2023, 10:31
    • 214

"WhatsApp” bu smartfonlarda İŞLƏMƏYƏCƏK!

"WhatsApp” tərtibatçıları messencerin 24 oktyabr 2023-cü il tarixindən etibarən milyonlarla smartfonda işini dayandıracağını bildiriblər.

News24.az xəbər verir ki, bu barədə "gazeta.ru" məlumat verib.

Artıq messencer Android 5.0 və daha yüksək versiyalarda çalışacaq.

Cihazları bu tələblərə cavab verməyən istifadəçilər WhatsApp-dan istifadəni davam etdirmək üçün ya smartfonunun əməliyyat sistemini yeniləməli, ya da yeni cihaz almalıdırlar. Əks halda, onlar səsli mesajlar da daxil olmaqla mesaj göndərə və qəbul edə, video zəng edə və digər WhatsApp xidmətlərindən istifadə edə bilməyəcəklər.

Aydan