Simonyandan Ermənistanla bağlı şok AÇIQLAMA
    • 26-09-2023, 12:19
    • 388

Simonyandan Ermənistanla bağlı şok AÇIQLAMA

“Rossiya Seqodnya” media qrupunun və RT kanalının baş redaktoru Marqarita Simonyan İrəvanda rəsmi səfərdə olan Rusiya Federasiyasının daxili işlər naziri Vladimir Kolokoltsevin sözlərinə münasibət bildirib.

News24.az xəbər verir ki, Kolokoltsev İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündə bildirib ki, Qərb və ABŞ Ukraynadakı vəziyyətdən istifadə edərək Rusiyanı Cənubi Qafqazdan sıxışdırmaq istəyirlər: “ABŞ buna qarşı deyil. Onları ermənilər və Ermənistan maraqlandırmır”.

“Kolokoltsev haqlı olaraq bildirdi ki, Qərb Ermənistanla yalnız Rusiyanı regiondan sıxışdırmaq üçün oynayır, ABŞ ermənilərdən narahat deyil. Razıyam. Ancaq əlavə etməliyəm ki, bugünkü Ermənistanı ermənilər maraqlandırmır”, - Simonyan “Telegram” kanalında yazıb.

Akqabay