-
- 26-09-2023, 15:56
- 240
Türkiyə səfiri Qənirə Paşayevaya baş çəkdi
"Millət vəkili Qənirə Paşayeva xanıməfəndinin sağlamlıq durumu haqqında bilgi almaq və ailəsinə şəfa diləmək və dualarımızı sunmaq üçün Bakı Mərkəzi Klinika xəstəxanasındayıq".
News24.az xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı "X"də paylaşım edib.
O, qeyd edib ki, həkimlərdən və xəstəxana rəhbərliyindən məlumat alıblar:
"Qənirə xanımın tez zamanda yaxşılaşaraq sağlamlığına qovuşması üçün bu mübarək gecənin hörmətinə uca Rəbbimizdən şəfa diləyirik".